“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq
Far.Az xəbər saytı

“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq


“ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı noyabrın 2-də təqdimat mərasimi keçirilib.

​"Report"un məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan edilmiş 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin Azərbaycan, 2030-cu il Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-ci prioriteti olan “Təmiz ətraf mühit və yaşıl artım” hədəfinə də xüsusi önəm verilir.

​Layihənin tezliklə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
COP29 Azərbaycanı "Qlobal klub"un üzvü kimi yaşıl enerji bazarında gücləndirəcək - RƏY
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər