İranda etiraz aksiyalarında iştirakda ittiham olunan iki nəfər edam edilib
Far.Az xəbər saytı

İranda etiraz aksiyalarında iştirakda ittiham olunan iki nəfər edam edilib


İranda hökumət əleyhinə etirazlarda iştirak etməkdə ittiham olunan iki şəxs edam olunub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, Əbülfəzl Sepahi və Əmir-Hüseyn Səfəri barəsində ölüm hökmləri bu gün səhər saatlarında icra edilib.

Edam yerli sakinlərin iştirakı ilə mərkəzi İsfahan əyalətinin Məlikşəhr şəhər meydanında baş tutub.

Məhkumlar 2026-cı il yanvarın 8-də polis əməkdaşlarına hücum etməkdə təqsirli biliniblər. İstintaqın versiyasına görə, onlar polislərin üzərinə benzin tökərək yandırıblar.

Onlara qarşı həmçinin silahdan istifadə etdiklərinə, qorxu və terror mühiti yaratdıqlarına, eləcə də hakimiyyətin versiyasına görə, ölkədə ictimai asayişi və təhlükəsizliyi ciddi şəkildə pozan hərəkətlərə görə "moharebe" ("Allaha qarşı müharibə aparmaq") ittihamları irəli sürülüb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər