Çilidə hantavirus qurbanlarının sayı artdığından sanitar həyəcan elan edilib
Far.Az xəbər saytı

Çilidə hantavirus qurbanlarının sayı artdığından sanitar həyəcan elan edilib


Çilidə hantavirusa yoluxma səbəbindən ölüm hallarının artması ilə əlaqədar sanitariya-epidemioloji həyəcan elan edilib.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çilinin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Səhiyyə Nazirliyi hantavirusla əlaqədar ilk dəfə olaraq sanitariya həyəcanı elan edib. Bu tədbir Atakamadan Maqalyanesə qədər olan regionlara şamil edilir və 2027-ci il iyulun 31-dək qüvvədə olacaq", - qurumdan bildirilib.

Məlumata görə, 2026-cı ilin əvvəlindən ötən həftəyə qədər ölkədə 46 yoluxma halı qeydə alınıb və onlardan 18-i ölümlə nəticələnib. 2025-ci ildə Çilidə 44 yoluxma halı aşkar edilib, onlardan səkkizi ölümcül olub.

Qeyd edək ki, hantaviruslar, əsasən, kiçik məməliləri yoluxduran, lakin insana da keçə bilən viruslar fəsiləsidir. Ağır hallarda yoluxanlarda ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edir.

Oxşar xəbərlər

Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər