Hikmət Əliyev: "Avropa Cüdo Ümidləri Turniri yeniyetmələr üçün təcrübə rolunu oynadı"
Far.Az xəbər saytı

Hikmət Əliyev: "Avropa Cüdo Ümidləri Turniri yeniyetmələr üçün təcrübə rolunu oynadı"


Avropa Cüdo Ümidləri Turniri yeniyetmə idmançıların gələcəkdə özlərini böyük arenalarda göstərmələri üçün təcrübə rolunu oynadı.

Bunu "Report"a açıqlamasında "Neftçi" İdman Klubunun məşqçisi Hikmət Əliyev deyib.

O, Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş Avropa Cüdo Ümidləri Turnirinin müsbət məqamlarla yadda qaldığını söyləyib:

"Bu turnir yeniyetmə cüdoçuların gələcəkdə özlərini böyük arenalarda göstərmələri üçün təcrübə rolunu oynadı. Çox önəmli bir yarışı arxada qoyduq, federasiyamız tərəfindən inkişaf göz qabağındadır. Biz də cüdo mütəxəssisləri olaraq bu yarışları səbirsizliklə gözləyirik. İdmançılarımızdan çempion olanlar var idi. Təəssüf ki, qızıl medal gözlədiyimiz digər cüdoçulardan istədiyimiz nəticəni ala bilmədik. Lakin dediyim kimi, bu, böyük təcrübə idi".

O, Avropa Cüdo Ümidləri Turnirini qənaətbəxş hesab etdiyini vurğulayıb:

"Müsbət o idi ki, yarışda medal qazanan Azərbaycan cüdoçuları gördük. Xoşagəlməyən tərəf isə dediyim kimi, çempion olacağını gözlədiyimiz cüdoçuların ümidləri doğrultmaması idi. Lakin yarış yüksək səviyyədə keçdi. Xoşagələn məqamlar çox oldu".

Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turnirində U-14 və U-16 yaş kateqoriyalarında ümumilikdə 10 ölkədən 81 klubun 289 cüdoçusu iştirak edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər