Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kuboku avqustda keçiriləcək
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 7-9-da Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.
"Far.Az"un məlumatına görə, yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq.
İdmançılar U-15 kateqoriyasında 40 metr, U-18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.
Proqrama əsasən, avqustun 7-də idmançıların sınaq atışları və məşqləri keçiriləcək, 8-də isə əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq. Final görüşləri avqustun 9-da keçiriləcək və qaliblər müəyyənləşəcək.
Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.
Oxşar xəbərlər
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













