Səudiyyə Ərəbistanı İraqdakı silahlı dəstələrin mövqelərinə cavab zərbələri endirib
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanı İraqdakı silahlı dəstələrin mövqelərinə cavab zərbələri endirib


Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri İraq ərazisində İranyönümlü silahlı dəstələrin mövqelərinə zərbələr endirib.

"Far.Az" xəbər verir ki, bunu krallığın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki bildirib.

Onun sözlərinə görə, əməliyyat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə həyata keçirilib. Hədəflər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumlarda əli olan silahlı dəstələrin obyektləri olub.

Əl-Maliki vurğulayıb ki, zərbələr özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində endirilib.

Daha əvvəl krallığın Müdafiə Nazirliyi bildirib ki, Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Şərq əyalətindəki neft obyektlərinə doğru istiqamət alan bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdirib. Qurumun iddiasına görə, dronlar İraq ərazisindən buraxılıb.

İranın Dövlət Teleradio Şirkəti (IRIB) hərbi dairələrdəki mənbəyə istinadən Tehranın Səudiyyə Ərəbistanının digər ölkələrin ərazisindən atəşə tutulmasında əli olmasını təkzib edib.

"Regionda ABŞ-nin maraqlarına qarşı yönəlmiş hər hansı fəaliyyətin İran İslam Respublikasına aid edilməsi ciddi yanlışlıqdır və regional vəziyyəti bilməməkdən irəli gəlir", - nəşrin həmsöhbəti qeyd edib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər