Pakistanda şiddətli yağışlar nəticəsində ölənlərin sayı 109-a çatıb
İyunun 26-dan bəri Pakistanda leysan yağışları və bununla əlaqədar baş verən hadisələr nəticəsində azı 109 nəfər həlak olub, 362 nəfər isə xəsarət alıb.
"Far.Az" xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Olunması Milli İdarəsindən bildirilib.
Ən çox qurban sayı şimal-qərbdəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb - burada 55 nəfər həlak olub. Şərqdəki Pəncab əyalətində isə 36 nəfər təbii fəlakətin qurbanı olub.
Su axınları 800-ə yaxın binaya ziyan vurub, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan bəri xilasedicilər 148 əməliyyat həyata keçirib və 4 minə yaxın insanı xilas ediblər.
Pakistanda musson mövsümü, adətən, iyundan sentyabradək davam edir. Bol yağıntılar kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır, lakin tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olur.
Oxşar xəbərlər
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













