"Azərkosmos"un ixrac gəlirləri 54 % artıb
Bu ilin yanvar-iyun aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 13,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
"Far.Az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Sənədə əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 54,1 % çoxdur.
6 ayda peyk telekommunikasiya xidmətlərini 33 ölkədən təxminən 90-a yaxın şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 8 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (2,2 milyon ABŞ dolları), Lüksemburq (1,6 milyon ABŞ dolları), Türkiyə (605,4 min ABŞ dolları), Pakistan (603,4 min ABŞ dolları) və Misir (327,9 min ABŞ dolları) olub.
Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 65 %-dən 63 %-ə düşüb.
Təkcə iyunda isə "Azərkosmos" 2,3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 53,3 % çoxdur.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
-
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
-
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı
-
Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək













