Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB
Çərşənbə axşamı Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə "İnterfaks" "Associated Press"ə istinadən məlumat yayıb.
Ən azı 62 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır.
Xilasedicilər və hərbçilər axtarış-xilasetmə işləri həyata keçirirlər, qurbanların sayının arta biləcəyi istisna edilmir.
Yaponiyada təxminən 40 min insan elektrik enerjisiz, 9,5 min ev isə qazsız və rabitəsiz qalıb. 9 mindən çox insan evlərini tərk edib, hazırda onlar müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.
Yaponiyanın Kyuşu adasında baş vermiş 7,1 maqnitudalı zəlzələ nəticəsində azı altı nəfər həlak olub.
"Far.Az" yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Kumamoto prefekturasının Kaşima şəhərində yerləşən "Aeon" ticarət mərkəzində yeraltı təkanlardan sonra, ehtimal ki, güclü qaz partlayışı baş verib.
Nəticədə iki nəfər həlak olub, daha bir nəfər isə kliniki ölüm vəziyyətindədir. Dağıntılar altından səkkiz nəfər çıxarılıb, onlardan beşi xəsarət alıb. Daha əvvəl ticarət mərkəzinin 20–30 əməkdaşı ilə əlaqənin kəsildiyi bildirilirdi.
Zəlzələ nəticəsində "Nippon Paper Industries" zavodunda tüstü borusu uçub. İki nəfər kliniki ölüm vəziyyətində tapılıb, daha doqquz nəfərlə əlaqə yoxdur. Yatsuşiro şəhərində binanın uçması nəticəsində bir nəfər həlak olub. Onun cəsədi dağıntılar altından çıxarılıb. Kyuşunun müxtəlif rayonlarındakı xəstəxanalara onlarla xəsarət alan şəxs çatdırılıb.
"Kyodo" agentliyinin istinad etdiyi Yaponiyanın Baş naziri Sanae Takaiçinin sözlərinə görə, həlak olanların sayı artaraq 13-ə çatıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Küləkli havada özlərini riskə atanlar danışdılar: "Bir balaca irəli getsən, dəniz aparar"
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub













