Taleh Kazımov: "Maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik"
"Biznesin kreditləşməsində hansısa məhdudiyyətlər və ya sərt tənzimləmə bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunmur və bizim bütün tələblərimiz internet səhifəmizdə var, hamı baxa bilər".
BAKU.WS xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyası və APA İnformasiya Agentliyinə müsahibə zamanı deyib.
"O ki qaldı faizlərə? Faizlər nədən formalaşır? İlk növbədə kredit faizləri həmin vəsaitlərin maya dəyərindən formalaşır və maya dəyəri dedikdə, bank həmin vəsaitləri neçə faizlə cəlb edib? Yəni bank əhalidən və ya biznes subyektlərindən vəsaiti müəyyən faizlə cəlb edir. Hazırda bu göstərici orta hesabla təxminən 9% təşkil edir. Daha sonra bank həmin vəsaitin üzərinə əməliyyat xərclərini əlavə edir, çünki xidmət haqqları var. Üstünə kredit riski faizini əlavə edir. Kredit riski dedikdə isə hər bir borcalanın maliyyə vəziyyətinə uyğun olaraq krediti geri qaytarmamaq ehtimalı nəzərdə tutulur. Və üstünə öz marjasını əlavə edir. Nəzərə alsaq ki, pullarımızın maya dəyəri bu gün artıq 9%-dədir, o faizləri də əlavə eləsək, faizlər ikirəqəmli səviyyəyə çıxır",-deyə Taleh Kazımov əlavə edib.
Mərkəzi Bankın sədrinin sözlərinə görə, təhlillər onu göstərir ki, 1-2% deyə də bilərəm ki, 3%, 4% kredit faizlərinin dəyişimi, artımı və ya azalması, yəni kreditləşmənin məhdudlaşdırılmasına və ya sürətlə artmasına o qədər də təsir göstərmir:
"Məsələn, 2025-ci ilin iyul ayında, səhv etmirəmsə, kredit faizləri vəsaitin maya dəyərinin artması səbəbindən 19%-ə yüksəlmişdi. Halbuki, həmin il kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 18% artmışdı. Yəni məntiqlə əksinə olmalıdır, faizlər artanda kreditləşmə sürəti azalmalıdır. 5-10% dəyişim olsa, sözsüz ki təsir edəcək, amma son iki ildə baş verən dəyişikliklər o qədər də böyük təsir göstərmir. Mərkəzi Bank administrativ olaraq faizləri idarə etmir. Kreditlər üzrə faizlər özü formalaşmalıdır, bazar müəyyən etməlidir. Biz pulun maya dəyərinə təsir edirik və bayaq suallardan birində də qeyd etdiyim kimi, öz uçot dərəcəmiz vasitəsilə faizləri azaldanda manatın maya dəyəri də düşür, xərc olaraq banklar üçün düşür. Bu da ümumi kredit faizlərinə təsir edir.
Xüsusilə istehlak kreditləşməsində, biznes kreditləşməsində böyük faiz sıçrayışı görmürəm. Birincisi, bu gün bank sektorunda bizim üçün çağırış məhz təmərküzləşmədir və sektorda rəqabət daha yaxşı olsaydı, mən daha rahat olardım. Sektorda rəqabəti artırmalıyıq. Dominant banklar var və onların faizlərinin dəyişiminin ümumi sektora təsiri var".
Taleh Kazımov vurğulayıb ki, ikinci məsələ biznes sahəsində tələb faktorudur. Yəni kreditlərə aşağı tələb olmağıdır:
"Bu da sözsüz ki, Mərkəzi Bankın mandatından xaricdir. Bizim üzərimizə düşən ən vacib məsələ, bu rəqabətliliyin artırılmasıdır. Artıq sentyabr-oktyabr aylarında xüsusilə maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik. Hal-hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Küləkli havada özlərini riskə atanlar danışdılar: "Bir balaca irəli getsən, dəniz aparar"
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub













