Gürcüstanda regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılır
Gürcüstan hökumətinin strukturunda regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılacaq.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu vəzifəyə Mamuka Mdinaradze təyin olunacaq, eyni zamanda, Baş nazirin müavini vəzifəsini də icra etməyə davam edəcək.
Baş nazir bildirib ki, hazırda dövlət qarşısında duran əsas prioritetlərdən biri regional siyasətin gücləndirilməsidir.
İ.Kobaxidze əlavə edib ki, M.Mdinaradze sentyabrın ilk həftəsinə qədər regional inkişaf naziri vəzifəsini icra edəcək. Hüquq-mühafizə işləri üzrə dövlət naziri vəzifəsi isə həmin dövrdə qanunla ləğv olunacaq. Eyni zamanda yeni vəzifənin yaradılması ilə Regional İnkişaf Nazirliyi sentyabr ayında ləğv olunacaq. Hazırda nazir vəzifəsini icra edən Kaxa Quledani isə İnfrastruktur Nazirliyində birinci müavin təyin ediləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
-
Küləkli havada özlərini riskə atanlar danışdılar: "Bir balaca irəli getsən, dəniz aparar"
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub













