Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olunan texnika və şəxsi heyətin sayı artırılıb.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, Antalya, Muğla və Balıkesir vilayətlərində davam edən meşə yanğınlarının qarşısının alınması üçün havadan və qurudan müdaxilələr davam etdirilir.
Muğlanın Seydikemer rayonunda yanğından mühafizə tədbirləri çərçivəsində ümumilikdə 202 nəfər təxliyə olunub.
Yanğınla mübarizəyə 741 nəfərlik heyət, 5 təyyarə, 18 helikopter, 88 yanğınsöndürən maşın və digər zəruri texnika cəlb edilib.
Antalya və Balıkesir şəhərlərində də meşə yanğınları ilə mübarizə üçün müxtəlif təyinatlı texnika və şəxsi heyət ərazidə xidmət göstərir. Antalya–Seydikemer avtomobil yolu müvəqqəti olaraq bağlanıb.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Taleh Kazımov: Neft 45 dollara düşsə belə Azərbaycanın tədiyə balansı profisitdə qalacaq
-
Sağlam qidalanma bahalıdır? - AÇIQLAMA
-
30 ildən çoxdur qaz üzünə həsrət qalan sakinlər: "Gilas ağacını kəsib yandırırıq"
-
Hakan Fidan HƏMAS lideri ilə görüşüb
-
Tofiq Musayev Belqradda oktaqona çıxacaq
-
Türkiyədə avtomobil çay yatağına aşıb, ölən və yaralananlar var













