Dublində enerji və sülh diplomatiyası
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirir. Diqqətçəkən məqamlardan biri isə bu görüşlərin qarşı tərəfin müraciəti əsasında təşkil olunmasıdır.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, dövlət başçısı Bolqarıstanın Baş naziri Rumen Radev ilə də görüşüb.
Prezident İlham Əliyev əvvəlcə bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı həmkarına bir daha başsağlığı verib.
Daha sonra Azərbaycan-Bolqarıstan münasibətləri, strateji tərəfdaşlığın inkişafı və enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Xüsusilə, elektrik enerjisi dəhlizinin yaradılması və bağlantı layihələri diqqət mərkəzində olub. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və regional bağlantıların genişləndirilməsində rolunun daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev həmçinin sammit çərçivəsində "Rəqabətqabiliyyətli Avropanın yaradılması: innovasiya, bağlantılar və əlçatan enerji" mövzusunda keçirilən dəyirmi masada iştirak edib. Müzakirələrdə Avropanın gələcək inkişafı, innovasiyalar, enerji təminatı və nəqliyyat bağlantıları kimi aktual məsələlər ön plana çıxıb.
Beləliklə, Dublin sammiti Azərbaycan üçün həm Avropa ilə siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də regional sülh gündəliyinin müzakirəsi baxımından mühüm platformaya çevrilib.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













