Ermənistanlı güləşçi Yanes Nazaryan: "Bizi Bakıda olduqca səmimi və yüksək səviyyədə qarşıladılar"
Ermənistanlı güləşçilər Bakıda səmimi və yüksək səviyyədə qarşılanıblar.
"Far.Az" xəbər verir ki, bunu Bakıda təşkil olunan U-17 dünya çempionatında qızıl medal qazanan ermənistanlı güləşçi Yanes Nazaryan (71 kq) deyib.
O, qələbə qazandığı üçün sevindiyini və Bakıda keçirilən mundialın yüksək səviyyədə təşkil oldunduğunu bildirib:
"Əhval-ruhiyyəmiz çox yaxşıdır. Burada bizi olduqca səmimi və yüksək səviyyədə qarşıladılar. Yarış yüksək səviyyədə təşkil olunub və iştirakçılar da kifayət qədər güclü idilər. Qalib gəldiyim üçün sevincliyəm".
Y.Nazaryan təşkilati baxımdan heç bir problemlə üzləşmədiklərini vurğulayıb:
"Bakıda keçirilən dünya çempionatında iştirakımız üçün bütün zəruri şərait yaradılıb. Bizi çox yaxşı qarşıladılar və rahat hazırlıq keçməyimiz, eləcə də yarışda çıxış etməyimiz üçün hər cür imkan yaratdılar".
Qeyd edək ki, Yanes Nazaryan finalda rusiyalı Aslan Dzuevə qalib gələrək qızıl medala sahib çıxıb.
Oxşar xəbərlər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
-
Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
-
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
-
Nizami rayonunda kanalizasiya problemi













