Qeşm adasında xilasetmə işləri aparılır - YENİLƏNİB
Far.Az xəbər saytı

Qeşm adasında xilasetmə işləri aparılır - YENİLƏNİB


ABŞ ordusunun Qeşm adasındakı yaşayış məhəlləsinə hücumu nəticəsində dağıntılar altından çıxarılan iki nəfər xəstəxanaya çatdırılıb.

"Far.Az" İran mediasına istinadən xəbər verir ki, hava zərbələrinə məruz qalmış ərazidə fəsadların aradan qaldırılması davam edir, xilasetmə işləri aparılır.

"Qeşm dairəsinin elektrik təchizatı bərpa olunub", - məlumatda bildirilib.

Bundan başqa, Əhvaz şəhəri raket hücumunun hədəfinə çevrilib. Xuzistan vilayətinin Şadqan şəhəri ətrafındakı ərazilər də bombalanıb. "Bu hücum nəticəsində şəhərin bəzi rayonlarında elektrik enerjisi kəsilib", - məlumatda bildirilib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında ölkənin cənubunda partlayış səslərinin eşidilməsi barədə məlumat yayılıb.

"Far.Az" xəbər verir ki, dağıntı və tələfat barədə informasiya açıqlanmayıb.

"Tasnim"də yayılan məlumata görə, Qeşm şəhəri də raket hücumuna məruz qalıb: "Şəhərdə üç partlayış səsi eşidilib. Raket yaşayış ərazisinə düşüb, lakin mümkün insan itkisi barədə hələlik məlumat yoxdur. Xilasetmə qrupları dağıntılar altında qalan iki nəfərin axtarışlarını davam etdirir".

Buşehrin də hava hücumunu məruz qaldığı qeyd olunub.

Xuzistan vilayət rəhbərliyindən bildirilib ki, liman şəhəri olan Abadan da bombalanıb.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana endirilən zərbələri İslam Respubliklasının Yaxın Şərqdə Amerika hərbçilərinə hücum cəhdi ilə əlaqələndirib.

Oxşar xəbərlər

Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər