"Qarabağ" ÇSKA-ya uduzdu, mübarizəni Konfrans Liqasında davam etdirəcək
Far.Az xəbər saytı

"Qarabağ" ÇSKA-ya uduzdu, mübarizəni Konfrans Liqasında davam etdirəcək


UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb.

BAKU.WS xəbər verir ki, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə də qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) meydan sahibləri avroliqanın III təsnifat mərhələsinə yüksəliblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə mübarizəni Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda burada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.

***00:38

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda əlavə vaxt başa çatıb.

BAKU.WS xəbər verir ki, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

***23:55

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Əgər burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

***22:49

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

***22:03

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

***21:01

UEFA Avropa Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək Bolqarıstanın ÇSKA və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.

BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

ÇSKA: Fyodor Lapouxov, Pastor, Can-Filipp Qpamen, Brunu Jordan, Maks Ebonq, Stefano Sensi, Santyaqo Qodoy, Teodor İvanov, Anxelo Martino, İonnis Pittas, Serxio Rodriqes

"Qarabağ": Kochalski 2 Silva 4 Várkonyi 8 Janković 10 Zoubir 11 Sawo 20 Kady 21 Kashchuk 35 Pedro Bicalho 44 Jafarguliyev 55 C Bədavi Hüseynov

Qeyd edək ki, ÇSKA - "Qarabağ" görüşü bu gün saat 22:00-da "Vasil Levski" stadionunda start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə hesab açılmayıb.

Oxşar xəbərlər

Avropa Liqasında ÇSKA-ya uduzan "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNİB-6
UEFA Avropa Liqası:  "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyununda penaltilər seriyası olacaq
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyununda əlavə vaxt başlayıb - YENİLƏNİR-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər