Fox: Türkiyə F-35-ləri əldə etmək üçün tələb olunan şərtləri yerinə yetirməyib
ABŞ Dövlət Departamenti iyulun 22-də Konqresə Türkiyənin hələlik ona F-35 qırıcılarının satışına icazə verilməsi üçün tələb olunan şərtlərə cavab vermədiyi barədə məktub göndərib.
"Report" xəbər verir ki, bu barədə sərəncamında sənəd olan "Fox News" telekanalı məlumat yayıb.
Məktubda qeyd olunub ki, ABŞ qanunvericiliyi Türkiyəyə F-35 təyyarələrinin verilməsini Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinə və onlarla əlaqəli avadanlıqlara malik olduğu müddətdə, həmçinin gələcəkdə bu sistemləri almamaq öhdəliyi götürməyənədək və Konqres tərəfindən müəyyən edilmiş "digər sertifikatlaşdırma tələblərini" yerinə yetirməyənədək qadağan edir.
ABŞ Dövlət Departamentinin Kapitoliyə göndərdiyi sənəddə deyilir: "Türkiyə hazırda bu şərtlərə uyğun gəlmir".
Türkiyə 2017-ci ildə Rusiyadan dörd divizion S-400 zenit-raket sistemi aldıqdan sonra F-35 proqramından çıxarılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7–8-də Ankarada keçirilən NATO sammitinin yekunlarına əsasən bildirib ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcılarının tədarükünə müsbət yanaşır. Tramp özü də Türkiyəyə qırıcıların satışını təsdiqləməyə meyilli olduğunu açıqlayıb. Bununla yanaşı, o vurğulayıb ki, yekun qərar hələ qəbul edilməyib və mümkün addımların qiymətləndirilməsi aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













