HƏMAS-ın tərksilah edilməsi Türkiyə, Misir və Qətərin vasitəçiliyi ilə əldə edilib
Far.Az xəbər saytı

HƏMAS-ın tərksilah edilməsi Türkiyə, Misir və Qətərin vasitəçiliyi ilə əldə edilib


ABŞ Prezidenti Donald Tramp bildirib ki, radikal HƏMAS hərəkatının tamamilə tərksilah edilməsi barədə razılıq Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə edilib.

"Report" xəbər verir ki, ABŞ Prezidenti bu barədə "Truth Social" hesabında paylaşım edib.

"Vasitəçilərə - Misir, Qətər və Türkiyəyə - mühüm səylərinə görə, xüsusən də yorulmaz işi ilə bu tarixi irəliləyişi mümkün edən görkəmli komandama minnətdarlığımı bildirmək istəyirəm", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Sülh Şurası HƏMAS və Qəzza zolağındakı bütün digər silahlı qrupların tamamilə tərksilah edilməsi barədə razılığa gəlib. Tramp vurğulayıb ki, 7 oktyabr 2023-cü ildə Qəzzadan gələn təhlükənin yenidən ortaya çıxmasına icazə verilməməlidir.

"Axios" portalı isə xəbər yayıb ki, razılaşmaya əsasən, HƏMAS və İsrail təxminən yeddi-səkkiz ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir sıra mürəkkəb addımlar atmalıdırlar və bu addımlar müstəqil tərəf tərəfindən təsdiqlənəcək.

Portalın məlumatına görə, İsrail tərəfi HƏMAS-ın razılaşmaya əməl edəcəyinə "son dərəcə şübhə ilə" yanaşır. Belə ki, HƏMAS tərəfindən istifadə olunan tunellərin və silah istehsalı üçün istifadə edilən obyektlərin məhv edilməsi nəzərdə tutulur. ABŞ rəsmiləri arasındakı mənbənin sözlərinə görə, icraatın yaxın həftələr ərzində başlanacağı gözlənilir.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər