Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
Qırğızıstan və Azərbaycan ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyur.
"Far.Az"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
"Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Ortaq dəyərlərimiz hər iki xalqın zəngin mədəni irsində öz əksini tapır. Böyük Nizami Gəncəvinin müdrikcəsinə dediyi kimi, qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir. Xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar", – deyə Sadır Japarov bildirib.
O, həmçinin əlavə edib ki, Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri ölkələr arasında münasibətlərin xüsusi xarakter daşıdığını bir daha təsdiqləyir:
"Ölkələrimiz dostluq və qarşılıqlı etimadın möhkəm təməli üzərində qurulan ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoyur. Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək heç bir həll olunmamış məsələ yoxdur. Əksinə, tərəflər arasında tam etimad və açıqlıq mühiti formalaşıb ki, bu da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir şəraitdə mühüm təşəbbüslər irəli sürülür və ikitərəfli əməkdaşlığın gələcəyini müəyyən edən qərarlar qəbul olunur".
Japarov əlavə edib ki, Qırğızıstan-Azərbaycan əməkdaşlığı nəqliyyat, iqtisadiyyat, investisiyalar, təhlükəsizlik, təhsil və digər istiqamətlərdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir: "Ümid edirik ki, bugünkü danışıqlar qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq ruhunda keçəcək".
Oxşar xəbərlər
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Avqustun ən təhlükəli günləri - Hansı bürclər ehtiyatlı olmalıdır?
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib













