Sərdar Berdiməhəmmədov: Mərkəzi Asiya–Azərbaycan altıtərəfli formatı əməkdaşlığa yeni təkan verəcək
Far.Az xəbər saytı

Sərdar Berdiməhəmmədov: Mərkəzi Asiya–Azərbaycan altıtərəfli formatı əməkdaşlığa yeni təkan verəcək


Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın yeni altıtərəfli əməkdaşlıq formatı region dövlətlərinin daha da yaxınlaşmasına kömək edəcək və əməkdaşlığa əlavə dinamika verəcək.

"Far.Az"un müxbiri xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə bildirib.

"Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu bu iclasda salamlamaqdan səmimi qəlbdən şadam", - Prezident bildirib.

Berdiməhəmmədov xatırladıb ki, ötən il Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə yekdil qərar qəbul edilib.

"Cənab İlham Heydər oğlu, icazə verin, Sizi və sizin simanızda Azərbaycanı bir daha təbrik edim", - dövlət başçısı qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər