"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
Far.Az xəbər saytı

"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır


ABŞ və İsrail İranda enerji infrastrukturu obyektlərinə ən irimiqyaslı bombardmanlardan birini planlaşdırırlar.

"Far.Az" xəbər verir ki, bu barədə "CBS News" telekanalına məlumatlı mənbələr bildiriblər.

Onların məlumatına görə, zərbələr həftəsonu ərzində başlaya bilər. İsrail xəbərdar edilib və öz hərəkətlərini ABŞ ilə əlaqələndirir. Lakin mənbə qeyd edib ki, Amerika lideri Donald Tramp zərbələrə hələ yekun icazə verməyib.

Bu arada israilli məmur "CBS News"a bildirib ki, İsrailə genişmiqyaslı hərbi əməliyyatların bərpası qərarı barədə heç nə məlum deyil və İsrailə İrana qarşı hər hansı hərbi əməliyyatlara qoşulmaq xahişi ilə müraciət olunmayıb.

Mənbələrin sözlərinə görə, hərbi zərbə planı cümə günü Trampın Kemp Deviddəki iqamətgahında administrasiya üzvləri ilə keçirdiyi müşavirədə müzakirə olunub. Prezidentin siyasi məsələlər üzrə bəzi köməkçiləri buna qətiyyətlə qarşı çıxıblar.

Jurnalistlərin iştirakı ilə Tramp bəyan edib: "Biz onlara çox güclü zərbələr endirəcəyik. Hansısa məqamda onlar deyəcəklər: "Biz artıq buna dözə bilmirik".

İki mənbənin sözlərinə görə, zərbələrin hədəfi, ehtimal ki, elektrik stansiyaları və neft emalı zavodları da daxil, enerji infrastrukturu olacaq.

"Prezident Trampın kabinet üzvlərinin iclasında dediyi kimi, Birləşmiş Ştatlar qalib gələcək və onun hakimiyyəti dövründə İranın nüvə silahı olmayacaq", - Ağ Evin mətbuat katibi Kerolayn Levitt telekanala bildirib.

Bu arada Pentaqonun mətbuat katibi Şon Parnell "CBS News"a bildirib ki, qurum prezident yekun qərar qəbul edənə qədər hədəfləri şərh etməyəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər