Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir
Far.Az xəbər saytı

Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir


Gürcüstanın xarici siyasəti beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə və ölkənin strateji rolunun gücləndirilməsinə yönəlib.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili "Daily Chronicle" verilişində bildirib.

Nazirin sözlərinə görə, Mərkəzi Asiya və digər Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi hər hansı bir tərəfdaşın seçilməsi anlamına gəlmir.

"Bu, heç bir şəkildə seçim etmək və yalnız bir tərəfdaşa üstünlük verməklə bağlı deyil. Bugünkü dünyada, xüsusilə də mövcud geosiyasi şəraitdə yalnız bir tərəfdaşa diqqət yetirmək Gürcüstan üçün böyük səhv olardı. Gürcüstanın strateji məqsədləri Konstitusiyada əksini tapıb və bu məqsədlər, əksinə, maraqlarımızın olduğu bütün istiqamətlərdə tərəfdaşlığın inkişaf etdirilməsini tələb edir", – Boçorişvili deyib.

O bildirib ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara əsaslanır və ticarət-iqtisadi əlaqələrin, eləcə də regional bağlantıların inkişafı üçün mühüm imkanlar yaradır.

Nazirin sözlərinə görə, hazırkı geosiyasi şəraitdə bir çox Asiya ölkəsi Gürcüstanın strateji əhəmiyyətini daha aydın görür.

"Xüsusi diqqəti iqtisadiyyatı sürətlə inkişaf edən və bugünkü geosiyasi kontekstdə Gürcüstanın əhəmiyyətini dərk edən ölkələrə yönəltmək vacibdir", – o vurğulayıb.

Maka Boçorişvili qeyd edib ki, Gürcüstanın coğrafi mövqeyi və Orta Dəhlizin artan əhəmiyyəti ölkəyə beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirmək və regional nəqliyyat-logistika mərkəzi kimi rolunu möhkəmləndirmək üçün əlavə imkanlar yaradır.

"Xəritəyə baxmaq kifayətdir ki, Gürcüstanın müxtəlif regionlar üçün nə qədər mühüm rol oynadığı aydın olsun. Ətrafımızdakı mürəkkəb geosiyasi vəziyyətdə Orta Dəhlizin inkişafı və tərəfdaşlarımız arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", – xarici işlər naziri bildirib.

Boçorişvilinin sözlərinə görə, Gürcüstanın xarici siyasətinin əsas istiqamətlərindən biri ölkənin siyasi və iqtisadi maraqlarının həyata keçirilməsi üçün böyük potensiala malik regionlarla əməkdaşlığın genişləndirilməsidir ki, bu da uzunmüddətli perspektivdə ölkənin beynəlxalq mövqeyinin, iqtisadi inkişafının və regional rolunun daha da möhkəmlənməsinə xidmət edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər