İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər
İran parlamentində İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın həbs, yaxud cərimə olunmasını nəzərdə tutan qanun layihəsi qəbul oluna bilər.
"Far.Az" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu parlamentin deputatı Mehdi Kiçikzadə deyib.
"Parlamentdə hazırlanan "Beynəlxalq cinayətlər haqqında" yeni qanun layihəsində cinayətkarlar üçün ölüm hökmü də daxil olmaqla, İslam cinayət hüququnun müddəaları nəzərə alınmır", - o bildirib və əlavə edib ki, qanun layihəsi daha da sərtləşdirilməlidir.
"Əks halda bu qanun layihəsi İsrail və ABŞ tərəfindən törədilmiş cinayətlərin araşdırılmasında bizə kömək etməyəcək", - o qabardıb.
M. Kiçikçzadənin sözlərinə görə, hazırkı qanun layihəsində Netanyahu və Tramp üçün nəzərdə tutulan ən ağır cəza həbs və cərimələrdən ibarətdir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin, iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq ölkəyə "kütləvi güclü zərbələr" endirildiyini bəyan edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
-
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib, üç nəfər həlak olub













