ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
Far.Az xəbər saytı

ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb


ABŞ Konqresinin Nümayəndələr Palatası prosedur səsverməsi zamanı hərbi nazir Pit Heqsetin impiçmenti təşəbbüsünü faktiki olaraq bloklayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, səsvermə noyabrın 10-da keçirilib.

İmpiçment barədə qətnamənin Nümayəndələr Palatasının hüquq komitəsinin baxışına verilməsinin lehinə 211 konqresmen səs verib, 204-ü isə əleyhinə çıxıb. Komitədə əksəriyyət respublikaçılara məxsus olduğundan, qəbul edilən qərar faktiki olaraq Konqresin hazırkı çağırışının işi başa çatana qədər təşəbbüsün irəliləməsini dayandırır.

ABŞ Prezidenti Donald Tramp səsvermənin nəticələrini alqışlayaraq, Heqsetə impiçment başlatmaq cəhdinin uğursuzluğa düçar olduğunu bildirib.

"Demokratların hərbi nazir Pit Heqsetə impiçment başlatmaq cəhdi tamamilə iflasa uğrayıb! Tomas Messidən başqa bütün respublikaçılar Piti dəstəkləmək üçün səs veriblər", - Amerika lideri "Truth Social"da yazıb.

Tramp həmçinin Heqsetə dəstəyi ABŞ-nin Venesuela və İrandakı hərbi əməliyyatlarının nəticələri, hərbi xidmətə qəbulun rekord göstəriciləri və Amerika ordusunun yüksək mənəvi ruhu ilə əlaqələndirib.

"Bütün bunlar böyük Amerika vətənpərvərinə bəraət qazandırılmasına gətirib çıxarıb", - ABŞ Prezidenti demokratları hakimiyyətdən sui-istifadə etməkdə ittiham edərək bildirib.

İmpiçment prosedurunun təşəbbüskarı Kentukki ştatından olan respublikaçı konqresmen Tomas Messi olub. Onun təqdim etdiyi qətnamə səkkiz ittiham bəndindən, o cümlədən Konqresin təsdiqi olmadan İrana qarşı, həmçinin Venesuela, Yəmən və Karib hövzəsində hərbi əməliyyatlar zamanı səlahiyyətlərdən sui-istifadə iddialarından ibarətdir.

Heqset özü ittihamları rədd edərək, təşəbbüsü siyasi tamaşa adlandırıb. O vurğulayıb ki, ABŞ-nin hərbi əməliyyatları qanuni əsaslarla həyata keçirilib.

Qeyd edək ki, Konqresin hazırkı çağırışının işi başa çatana qədər onun hər iki palatası Respublikaçılar Partiyasının nəzarəti altında qalır. Noyabrın 3-də keçirilən aralıq seçkilərinin yekunlarına əsasən formalaşan qanunverici orqanın yeni tərkibi 2027-ci il yanvarın 3-də işə başlayacaq.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Səfərbərlik Xidmətində iyul çağırışının gedişatı müzakirə olundu
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər