Ermənistanda spiker vəzifəsinə yeganə namizəd Ruben Rubinyandır
Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə yeganə namizəd olaraq Ruben Rubinyanın namizədliyi irəli sürülüb.
"Far.Az"un erməni mediasına istinadən verdiyi məlumata görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının 36 yaşlı namizədi əvvəlki parlament tərkibində Milli Assambleya sədrinin müavinlərindən biri olub, həmçinin yaxın vaxtlara qədər Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndə vəzifəsini icra edib.
Qeyd edək ki, onun namizədliyi bu gün səhər Knyaz Həsənovun sədrliyi ilə başlayan Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclasında təqdim olunub.
İclas zamanı Ermənistan parlamentinin üç fraksiyası öz rəhbərlərini və katiblərini seçib. "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Arusyak Manavazyan, katibi isə Volodya Akopyan seçilib. "Güclü Ermənistan" fraksiyasına Narek Karapetyan rəhbərlik edəcək, Tiqran Abramyan isə katib vəzifəsini tutacaq. "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan, katibi isə Artur Xaçatryan seçilib.
Ermənistan Milli Assambleyasının 9-cu çağırışında "Vətəndaş müqaviləsi" fraksiyasının 64 deputatı, "Güclü Ermənistan" fraksiyasının 29 deputatı, "Ermənistan" fraksiyasının isə 12 deputatı var.
Oxşar xəbərlər
Səfərbərlik Xidmətində iyul çağırışının gedişatı müzakirə olundu
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ermənistanda hakim partiyada "qarşıdurma oyunu": Paşinyanın müxalifəti "təmizləməsi" - ŞƏRH
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
-
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
-
İsmayıllıda zəncirvari avtoqəza baş verib, 3 nəfər xəsarət alıb
-
Tunar Həsənov Bakıda təşkil olunan dünya çempionatının 1/4 finalında məğlub olub - YENİLƏNİB
-
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb













