Kobaxidze ABŞ ilə barışmağı səbirlə gözləyir
Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbin gözləntilərini qoruyub saxlayır.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, Amerika tərəfi ilə təmaslar davam edir və rəsmi Tbilisi qarşılıqlı addımların atılacağına ümid edir.
"Ümid edirik ki, nəticədə strateji tərəfdaşlığın bərpasını təmin edəcək qarşılıqlı addımlar görəcəyik. Bu, bizim vəzifəmizdir və Amerika tərəfindən atılacaq növbəti addımları səbirlə gözləyirik", deyə İ.Kobaxidze vurğulayıb.
Kobaxidze bildirib ki, ictimai xadimlərin və tarixi şəxsiyyətlərin nüfuzunun qorunmasına yönəlmiş təşəbbüslərə qarşı çıxan müxalifət xaricdən verilən göstərişlərə uyğun fəaliyyət göstərir.
"Sözdə müxalifət əslində vahid mərkəzdən idarə olunan qüvvədir və milli kimliyi zəiflətməyə yönəlmiş ümumi məqsədə xidmət edir. Bu insanlar müxalifət deyil, onlar eyni kollektiv qüvvənin tərkib hissəsidir. Onların ortaq maraqları və ortaq himayədarlarından aldıqları ümumi göstərişlər var. Həmin göstəriş milli kimliyimizi sarsıtmağa yönəlib".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













