Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər
Far.Az xəbər saytı

Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər


Almaniya Kansleri Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinlə danışıqları Ukrayna üzrə gələcək danışıqların əsas prinsipləri barədə Əbu-Dabidə razılıq əldə olunduqdan sonra baş tuta bilər.

"Far.Az" xəbər verir ki, bu barədə "The Guardian" nəşrinə Almaniya hökumətinin nümayəndəsi bildirib.

"Əbu-Dabidə biz ümumi prinsiplərlə bağlı anlaşma əldə etdik. İndi bu anlaşma Rusiya prezidentinin diqqətinə çatdırılıb. Bu əsasda danışıqlar baş tuta bilər", - hökumət nümayəndəsi bildirib.

Əbu-Dabidəki ikigünlük danışıqlar Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilib. Tərəflər münaqişənin tənzimlənməsi üzrə mümkün addımları müzakirə ediblər.

Almaniya hökumətinin nümayəndəsi qeyd edib ki, əsas prinsiplər üzrə anlaşma Rusiya ilə deyil, Avropa, ABŞ və Ukrayna nümayəndələri arasında əldə olunub. Onun sözlərinə görə, bu prinsiplər sonrakı danışıqların gedişində nəzərə alınacaq.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər