FIFA prezidenti Canni İnfantino maaşını 30 milyon dollara çatdırmaq istəyib
FIFA prezidenti Canni İnfantino "FIFA Forward Enterprise" layihəsinin reallaşacağı halda illik maaşını 30 milyon ABŞ dollarına qədər artırmağı planlaşdırıb.
"Far.Az" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İnfantino yeni yaradılması nəzərdə tutulan şirkətə rəhbərlik etdiyi üçün əlavə bonuslar da əldə etməyi düşünüb.
Layihəyə əsasən, "FIFA Forward Enterprise" adlı ayrıca şirkət yaradılmalı və FIFA-nın əsas kişi və qadın futbol turnirlərinin kommersiya idarəçiliyini öz üzərinə götürməli idi. İnfantino hesab edirdi ki, bu model FIFA-ya üzv milli assosiasiyaların gəlirlərini artıracaq və dünya futbolunun inkişafına əlavə töhfə verəcək.
FIFA isə bildirib ki, sözügedən təşəbbüs vasitəsilə təşkilata 4,2 milyard ABŞ dolları həcmində investisiya cəlb etmək mümkün idi.
Bununla belə, layihə futbol funksionerləri, milli federasiyalar və digər maraqlı tərəflər tərəfindən ciddi tənqid olunub. Jurnalist Romen Molinanın iddiasına görə, İnfantino təşkilat daxilində dəstəyini əhəmiyyətli dərəcədə itirib və bu səbəbdən onun yaxın vaxtlarda vəzifəsini tərk edə biləcəyi ehtimal olunur.
Sonradan FIFA prezidenti dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tutan layihədən imtina edib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
-
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
-
İsmayıllıda zəncirvari avtoqəza baş verib, 3 nəfər xəsarət alıb
-
Bakıda U17 dünya çempionatı: İdmançımız qızıl medal uğrunda güləşəcək
-
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb
-
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb?













