Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Görüş zamanı iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu ilin fevralında Bakıda keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunları üzrə əldə edilmiş razılaşmaların və imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Baş nazirin müavini prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında fəal siyasi dialoqun və dostluq münasibətlərinin iki ölkənin əlaqələrinin inkişafına mühüm təkan verdiyini bildirib.
Bişkekdə liderlər arasında keçirilən görüşü xüsusi qeyd edib.
Şahin Mustafayev ötən dövr ərzində görülmüş işlərə nəzər salaraq, razılaşdırılmış layihələrin həyata keçirilməsi prosesinin sürətləndirilməsi və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı nəqliyyat və tranzit sahəsində "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, onun ötürücülük qabiliyyətinin artırılması əsas müzakirə mövzularından biri olub.
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması məmnunluqla qeyd edilib, sərhəd-keçid infrastrukturunun istifadəyə verilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Astara yük terminalında işlərin tamamlanması və terminalın yükaşırma imkanlarının genişləndirilməsi ilə bağlı görülən tədbirlər də nəzərdən keçirilib.
İki ölkə arasında prespektivli infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Dövlət Komissiyasının 17-ci iclasında əldə olunmuş razılaşmaların ardıcıl icrası və birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətlərində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlinib.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?













