Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər"
Abşeron rayonunun Hökməli qəsəbəsi, Koroğlu küçəsi, "Döngə 2" adlanan ünvanda kanalizasiya problemi sakinləri təngə gətirib.
Far.Az Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşlar kanalizasiya xəttinin tutulması nəticəsində çirkab suların evlərin qarşısına və həyətlərə dolduğunu deyirlər.
Yaranan vəziyyət həm antisanitar şərait yaradıb, həm də bəzi evlərin divarlarında çatların əmələ gəlməsinə səbəb olub.
Sakinlər bildirirlər ki, təxminən üç aydır davam edən vəziyyətlə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.
"Gəlib baxırlar, deyirlər ki, maşın göndərəcəyik, xətt təzyiqlə açılacaq. Amma 15-20 gündür gözləyirik, problem həll olunmayıb. Nə həyətə çıxa bilirik, nə də pəncərəni aça bilirik", - deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda Abşeron Regional Su Ehtiyatları İdarəsinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.
Qeyd olunub ki, ərazidə vətəndaşlar tərəfindən qanunsuz tullantı su xətləri çəkilib və çirkab sular həmin xətlərlə müxtəlif istiqamətlərə axıdılır. Tullantı su şəbəkəsinə çıxışı olmayan vətəndaşlara şəbəkə qurulana qədər fərdi şambo və ya çirkab su quyularından istifadə etmək tövsiyə olunur.
Bildirilib ki, vətəndaşlar tərəfindən divarları və dibi su keçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Quyular yaşayış və ictimai obyektlərdən 20-100 metr məsafədə yerləşməlidir, dolma həddindən asılı olaraq, ildə ən azı iki dəfə təmizlənməlidir. Tələblərə əməl edilmədiyi halda fiziki şəxslər 600 manatdan 1000 manatadək cərimələnə bilərlər.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
-
"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib
-
"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb













