Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib
Far.Az xəbər saytı

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib


Xocalı rayonunun Şuşakənd kəndində, Hüseynovların ailəsində oğul övladı dünyaya gəlib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Far.Az-ə verilən xəbərə görə, boyu 50 sm, çəkisi 2 kq 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb.

Mustafa Kamal adı verilən körpə Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır. Onun doğulması uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar və sevincli hadisədir.

"Bu sevinc yalnız Hüseynovlar ailəsinin deyil, doğma yurda qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir. Bu həm də Şuşakənddə yeni həyatın, davamlı məskunlaşmanın və Böyük Qayıdışın uğurla davam etdiyinin rəmzi kimi dəyərləndirilir", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər