Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib
Xocalı rayonunun Şuşakənd kəndində, Hüseynovların ailəsində oğul övladı dünyaya gəlib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Far.Az"a verilən xəbərə görə, boyu 50 sm, çəkisi 2 kq 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb.
Mustafa Kamal adı verilən körpə Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır. Onun doğulması uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar və sevincli hadisədir.
"Bu sevinc yalnız Hüseynovlar ailəsinin deyil, doğma yurda qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir. Bu həm də Şuşakənddə yeni həyatın, davamlı məskunlaşmanın və Böyük Qayıdışın uğurla davam etdiyinin rəmzi kimi dəyərləndirilir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da mina partlayışı zamanı yaralanıb
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir
-
Türkiyə və Suriya rəsmiləri ikitərəfli əməkdaşlığı və regional sabitliyi müzakirə ediblər













