PSJ "Barselona"nın ulduzuna göz dikdi
Fransanın PSJ klubu heyətini gücləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib. Paris təmsilçisinin "Barselona"nın yarımmüdafiəçisi Pedrini transfer etmək üçün ilk rəsmi təklifini hazırladığı bildirilir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, PSJ 23 yaşlı futbolçu üçün Kataloniya klubuna 90 milyon avro təklif etməyi planlaşdırır. Parislilər ispaniyalı ulduzu yay transfer pəncərəsinin əsas hədəflərindən biri hesab edir.
Mənbənin iddiasına əsasən, bu maraq təsadüfi deyil. Belə ki, PSJ-nin baş məşqçisi Luis Enrikenin heyətində görmək istədiyi "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri karyerasını "Real Madrid"də davam etdirmək qərarı verdikdən sonra klub diqqətini Pedriyə yönəldib.
Xatırladaq ki, Pedri 2020-ci ildən "Barselona"nın formasını geyinir. Bu müddətdə o, bütün turnirlərdə 245 oyuna çıxıb, 28 qol vurub və 33 məhsuldar ötürmə edib. İspan futbolçu hazırda komandanın kapitanlarından biri hesab olunur.
Yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfer bazarının dəyərini müəyyənləşdirən "Transfermarkt" portalı onun hazırkı bazar qiymətini 150 milyon avro olaraq qiymətləndirir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü













