Erhan Toker: "Azərbaycanı Avropa çempionatında çox yaxşı təmsil etdik"
Far.Az xəbər saytı

Erhan Toker: "Azərbaycanı Avropa çempionatında çox yaxşı təmsil etdik"


Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda çox yaxşı təmsil olunub.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Erhan Toker deyib.

Mütəxəssis komandanın turnir boyunca üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışdığını deyib:

"Bura mövcud oyunçu heyəti ilə əlimizdən gələnin ən yaxşısını etmək üçün gəlmişdik. Komandadakı 6-7 basketbolçunun yaşı turnirdə oynamağa uyğun idi, digərləri isə daha kiçik idilər. Onlar bu mövsüm rəsmi matçlara çıxmamışdılar, yalnız iki hazırlıq turnirində iştirak etmişdilər".

O, ötən mövsümlə müqayisədə daha yaxşı nəticə göstərdiklərini vurğulayıb:

"U-18 millisi olaraq B divizionunda ikinci mövsümü keçiririk. Ötən il son matçda qalib gələrək divizionda qaldıq. Bu il isə 3 komandanın aşağı diviziona düşəcəyi yarışda mübarizə apardıq. Qrup mərhələsində 2 qələbə qazandıq və mərhələ başa çatmadan B divizionunda yerimizi təmin etdik. Bu, uğursuz nəticə deyil. Çünki basketbol Azərbaycanda tədricən inkişaf edir".

E.Toker turnir zamanı qarşılaşdıqları çətinliklərə də toxunub:

"Zədəli idmançılarımız var idi və heyətimiz məhdud idi. Monteneqro ilə oyunda əlavə vaxtda uduzmasaydıq, 9-12-ci yerlər uğrunda oynayacaqdıq. Sonrakı qarşılaşmalarda məhdud heyətlə mübarizə apardığımız üçün basketbolçular yoruldu və turniri 16-cı pillədə başa vurduq. 16-cı yer xoş görünməsə də, bu, B divizionunda Azərbaycan basketbolu tarixində indiyədək əldə olunmuş ən yaxşı göstəricidir. Komanda daha yaxşısını etmək potensialına malikdir. Bütün idmançılara və məşqçilər heyətinə təşəkkür edirəm. Azərbaycanı Avropa çempionatında çox yaxşı təmsil etdik".

Qeyd edək ki, Azərbaycanın U-18 millisi Avropa çempionatının B divizionunda mübarizəni 16-cı pillədə tamamlayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycanın 12 yaşadək basketbolçulardan ibarət millisi Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər