Rafael Benites Əlcəzair millisinin baş məşqçisi ola bilər
İspaniyalı mütəxəssis Rafael Benites Əlcəzair millisinin baş məşqçisi postuna namizəddir.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis bu vəzifədə 29 aylıq fəaliyyətdən sonra istefaya göndərilən Vladimir Petkoviçi əvəz edə bilər.
Əlcəzair Futbol Federasiyası təcrübəli mütəxəssisi əsas namizəd hesab edir. Qısa siyahıda həmçinin Joze Pezeyru və Roberto Martines də yer alıblar.
R.Benitesin son iş yeri 2026-cı ilin mayında ayrıldığı Yunanıstanın "Panatinaikos" klubu olub. İspaniyalı məşqçi əvvəllər yalnız klub səviyyəsində fəaliyyət göstərib.
Qeyd edək ki, Əlcəzair yığması DÇ-2026-nın qrup mərhələsində 4 xal toplayaraq pley-offa yüksəlib və 1/16 finalda İsveçrəyə 0:2 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
DÇ-2026: Qrup mərhələsinin son turu öncəsi vəziyyət – Hansı komandaya nə lazımdır?
Prezident və xanımı Davos Forumunda iştirak etmək üçün İsveçrəyə səfərə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
-
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
-
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir













