Cənubi Koreyada istilər səbəbindən 16 nəfər ölüb
Far.Az xəbər saytı

Cənubi Koreyada istilər səbəbindən 16 nəfər ölüb


Cənubi Koreyada anomal istilər nəticəsində 16 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Cənubi Koreya Prezidenti Li Çje Myonun sözlərinə istinadən məlumat yayıb.

"Biz böhranlarla mübarizə üzrə milli sistemin köklü şəkildə yenidən qurulması üçün səy göstərməliyik, çünki bu ekstremal hava şəraiti normaya çevrilir", - o qeyd edib.

Milli Meteorologiya Agentliyindən bildirilib ki, avqustun 2-də havanın temperaturu son 122 ilin maksimumuna - 42,5°C-yə çatıb. Növbəti gün meteorologiya xidməti ilk dəfə olaraq Seulun bəzi rayonları üçün şiddətli isti ilə bağlı xəbərdarlıq yayıb.

Oxşar xəbərlər

Martda havanın temperaturu iqlim normasından bir qədər yüksək olacaq
Li Çje Myon Cənubi Koreyada yanacaq qiymətlərinə məhdudiyyət tətbiq etməyə çağırıb
May ayının havası AÇIQLANIB
Mart ayında hava iqlim normasından yüksək olacaq
Mart ayına olan hava proqnozu AÇIQLANDI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər