Həsən Həsənli: 155 azərbaycanlı dünyanın TOP 10 universitetində təhsil alacaq
2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində təhsil alacaq tələbələrdən 155-i dünyanın ilk 10 universitetində oxuyacaq.
"Far.Az" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, digər tələbələrin qəbul olunduqları proqramlar da dünya üzrə ən rəqabətli proqramlar sırasındadır:
"Onların bu proqramlara qəbul olunması göstərir ki, Azərbaycanda həm ümumi təhsil, həm də ali təhsil səviyyəsində gənclərin hazırlığı istiqamətində ciddi iş görülüb. Bu hazırlıq sayəsində onlar xaricdə təhsillərini heç bir çətinlik çəkmədən davam etdirə bilirlər. Xüsusilə beynəlxalq olimpiada qaliblərinin və lisey məzunlarının xarici universitetlərdə müsbət imici formalaşıb. Bu da onların qabaqcıl universitetlərə və ən rəqabətli təhsil proqramlarına qəbulunu asanlaşdırır və hər kəs üçün qürur mənbəyidir".
Nazir müavini qeyd edib ki, dövlət proqramı çərçivəsində artıq 2 000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb:
"Bu, ilk növbədə, dövlətin gənclərə olan inamının təzahürüdür. Eyni zamanda Azərbaycan gənclərinin böyük potensiala və imkanlara malik olduğunun göstəricisidir. Hesab edirik ki, xaricdə təhsil alan bu gənclər ölkəyə qayıtdıqdan sonra Azərbaycanın inkişafına mühüm töhfə verəcəklər".
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bakıda aeroportdan şəhərin mərkəzinə neçəyə getmək olur? - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor













