Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib
Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanına məxsus "NCC Ghazal" neft tankerinə ballistik raketlərlə hücum edib.
"Far.Az" xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səria öz "Telegram" kanalında məlumat paylaşıb.
"Yəmən Silahlı Qüvvələri (husilər - red.) hərbi əməliyyat keçirib, bu əməliyyat zamanı dəniz gəmiçiliyi qadağasını pozduğuna və xəbərdarlıqlara məhəl qoymadığına görə Səudiyyə Ərəbistanının "NCC Ghazal" neft tankerinə bir neçə ballistik raketlə hücum edilib", - o yazıb.
Hərəkat nümayəndəsinin sözlərinə görə, raket atəşi nəticəsində gəmi kursunu dəyişməyə məcbur olub. Səria həmçinin vurğulayıb ki, husilər "mühasirəyə qarşı mühasirə və hərtərəfli eskalasiyaya cavab olaraq hərtərəfli eskalasiya" prinsipi üzrə Səudiyyə Ərəbistanının dəniz blokadasını davam etdirəcək.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Husilər Səudiyyə Ərəbistanına məxsus iki tankeri vurub
Azərbaycan hərbi nümayəndələri Səudiyyə Ərəbistanına səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













