"Liverpul"dan rekord təklif: PSJ-nin ulduzu İngiltərəyə keçməyə yaxındır
Far.Az xəbər saytı

"Liverpul"dan rekord təklif: PSJ-nin ulduzu İngiltərəyə keçməyə yaxındır


İngiltərənin "Liverpul" klubu Fransa çempionu PSJ-nin hücumçusu Bredli Barkolanı transfer etmək üçün rəsmi addım atıb.

Far.Az xəbər verir ki, tanınmış transfer insayderi Fabrizio Romanonun yaydığı məlumata görə, tərəflər arasında futbolçunun keçidi ilə bağlı artıq rəsmi danışıqlar başlayıb.

Məlumata əsasən, "Liverpul" 22 yaşlı vinger üçün 100 milyon avrodan artıq məbləğdə ilk təklifini təqdim edib. Lakin Paris təmsilçisi bu rəqəmi kifayət qədər aşağı hesab edir və futbolçunun transferi üçün daha yüksək məbləğ tələb edir.

Bildirilir ki, Barkolanın özü də karyerasını Premyer Liqada davam etdirmək və "Liverpul"a qoşulmaq istəyir. Fabrizio Romano futbolçunun bu istəyini hələ may ayında da gündəmə gətirmişdi.

Qeyd edək ki, Bredli Barkola ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 49 oyuna çıxıb. O, bu görüşlərdə 13 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının son qiymətləndirməsinə görə, fransalı futbolçunun bazar dəyəri hazırda 90 milyon avro təşkil edir.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər