Aİ İspaniyadan Mərakeşə qaytarılan miqrantlarla bağlı hesabat tələb edib
Avropa İttifaqı (Aİ) İspaniyadan Mərakeşə geri göndərildiyi bildirilən miqrantların sayı ilə bağlı rəsmi məlumat təqdim etməyi tələb edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, avqustun 3-də Aİ-yə üzv ölkələrin səfirləri Madridin Mərakeşə qaytarılan miqrantların sayı ilə bağlı açıqlamalarının təsdiqlənməsini istəyiblər. Diplomatik mənbələr bildiriblər ki, İspaniya nümayəndələri miqrasiya böhranına görə Avropa liderlərinin mövqeyini sərt tənqid ediblər. Bəzi Aİ ölkələri isə hesab edir ki, Madridin tətbiq etdiyi siyasət qeyri-qanuni miqrant axınının artmasına şərait yaradıb.
Bu gün - avqustun 4-də Aİ-yə üzv ölkələrin daxili işlər nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək. Gözlənilir ki, toplantıda Seuta şəhərində baş verən son hadisələr ətraflı müzakirə olunacaq və Avropa İttifaqının gələcəkdə belə böhranlardan hansı nəticələri çıxarmalı olduğu dəyərləndiriləcək.
Xatırladaq ki, iyulun sonunda on minlərlə Mərakeş vətəndaşı qeyri-qanuni yolla İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya daxil olub. Bu hadisədən əvvəl İspaniya Ali Məhkəməsi qanunsuz miqrantların dərhal ölkədən çıxarılmasını qadağan edərək, onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsi barədə qərar qəbul etmişdi.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares isə avqustun 3-də Seutadakı bütün qanunsuz miqrantların istisnasız olaraq ölkədən çıxarılacağını bəyan edib.
Bundan əvvəl isə Aİ-yə üzv dörd ölkənin Seutadakı miqrasiya böhranı ilə bağlı İspaniyanı tənqid edən birgə məktuba qoşulmadığı bildirilmişdi.
Oxşar xəbərlər
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və Ermənistan səfirləri Tramp marşrutu təşəbbüsü ilə bağlı tədbirdə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













