15 iyul çevriliş cəhdində Ərdoğana sui-qəsd edən keçmiş zabit MƏHKƏMƏDƏ
Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən sui-qəsd qrupunun üzvü Burkay Karatepe məhkəməyə çıxarılıb.
Far.Az xəbər verir ki, uzun illər axtarışda olan və Afyonkarahisarda gizləndiyi evdə saxlanılan, Silahlı Qüvvələrdən xaric edilmiş keçmiş kapitan polis bölməsindəki istintaq hərəkətlərindən sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri altında ədliyyəyə gətirilib.
Məlumata görə, Burkay Karatepe 15 iyul çevriliş cəhdində Prezident Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən 37 nəfərlik qrupun üzvlərindən biri olub. Hadisədən sonra qaçaraq uzun müddət gizlənən Karatepe son altı ay ərzində aparılan xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Onun gizləndiyi evdə aparılan axtarış zamanı külli miqdarda nağd pul, xarici valyuta, qızıl, saxta şəxsiyyət vəsiqələri, noutbuk, mobil telefonlar, müxtəlif sənədlər, narkotik maddə və rəqəmsal daşıyıcılar aşkar edilərək götürülüb.
Keçmiş hərbçi "Prezidentə sui-qəsd", iki nəfərin qəsdən öldürülməsi, dövlət qulluqçularını öldürməyə cəhd, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə, yaşayış sahəsinə qanunsuz daxil olma və digər maddələr üzrə ittiham olunur.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Türkiyəyə yaraşan: demokratiya, milli birlik, artan nüfuz, üstün rol - ŞƏRH
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
-
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
-
Dəmir yolu ətrafında yaşayanların NƏZƏRİNƏ!
-
Konstantinos Vasiliadis: "Neftçi" rəhbərliyi ilə baxışlarımız tam üst-üstə düşür"
-
Əhmədlidə çay evində YANĞIN
-
Valdas Dambrauskas: "Sabahkı matçda "Orhus"a qalib gəlmək istəyirik"













