Fərid Qayıbov qadın voleybolçulardan ibarət millinin məşqində iştirak edib
Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət millimizin məşqində olub.
Bu barədə "Far.Az"a Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan məşqi Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov da izləyib.
Nazir məşqdən sonra millinin üzvləri ilə söhbət edib. O, voleybolçuların hazırkı vəziyyətləri ilə maraqlanıb, həmçinin təlim-məşq toplanışı barədə məlumatlandırılıb. Fərid Qayıbov avqustun 21-də start götürəcək Avropa çempionatında millinin qrup mərhələsini adlayaraq pley-offa vəsiqə qazanacağına inamını bildirib və voleybolçulara uğurlar arzulayıb.
Sonra nazir milli üzvləri ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv C qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.
Oxşar xəbərlər
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













