Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Orhus"la (Danimarka) qarşılaşıb.
BAKU.WS xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesbalı qələbəsi ilə bitib.
Skandinaviya təmsilçisinin heyətində Ceyms Boqere (31, 63) dubl edib. "Bayquşlar"ın yeganə qolu isə Velko Simiçin (66) ayağına yazılıb.
***22:39
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında üçüncü qol vurulub.
BAKU.WS xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.
66-cı dəqiqədə Velko Simiç fərqlənib.
***22:38
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu ikinci qolu qapısında görüb - 0:2.
63-cü dəqiqədə Ceyms Boqere dubl müəllifi olub.
***22:19
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ikinci hissə başlayıb.
BAKU.WS xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu hesabda geridədir - 0:1.
***22:09
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ilk hissə bitib.
BAKU.WS xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu fasiləyə məğlub yollanıb - 0:1.
***21:47
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ilk qol vurulub.
BAKU.WS xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu məğlub duruma düşüb - 0:1.
31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.
***21:13
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçı başlayıb.
BAKU.WS xəbər verir ki, qarşılaşma Ranners stadionunda keçirilir.
Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.
***20:02
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün keçiriləcək Danimarkanın "Orhus" və Azərbaycanın "Sabah" komandaları arasında ilk oyun nəzərdə tutulduğu vaxtda başlamayacaq.
BAKU.WS xəbər verir ki, qarşılaşma saat əvvəlcədən nəzərdə tutulduğu kimi saat Bakı vaxtı ilə saat 20:30-da yox, 21:10-da start götürəcək.
Buna səbəb Randers şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxacdır. Hadisə səbəbindən komandaları stadiona gətirən avtobusun gecikdiyi bildirilib.
***19:29
UEFA Çempionlar Liqasının III tənsifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək Danimarkanın "Orhus" və "Sabah" kollektivlərinin start heyətləri bəlli olub.
BAKU.WS-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Orhus": Mads Kristiansen, Kolin Ryosler, Frederik Tinqaqer, Erik Kal, Mikael Anderson, Maqnus Knudsen, Yens Yonsson, Frederik Emmeri, Tobias Bek, Ceyms Boqere, Kristian Arnstad (K).
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
Qeyd edək ki, "Orhus" - "Sabah" görüşü bu gün saat 20:30-da Ranners stadionunda start götürəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
"Sabah" "Orhus"la matçda fərqi azaldıb
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında ikinci hissə başlayıb - YENİLƏNİR-3
UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir
-
Avstriyada yeni temperatur rekordu qeydə alınıb
-
WSJ: Trampın helikopterinin uçuşu zamanı təhlükəsizlik standartları pozulub
-
"Yay Fest 2026" çərçivəsində Şuşa fləşmobu keçirilib
-
"SpaceX" IPO-dan sonra 541 milyon dollar rüblük zərər açıqlayıb
-
Braziliya hakimiyyəti ABŞ-nin səfirin vizasını ləğv etməsini pisləyib













