NBC News: ABŞ-ın Yəmənə zərbələri nəticəsində yüzlərlə dinc sakin həlak olub
Far.Az xəbər saytı

NBC News: ABŞ-ın Yəmənə zərbələri nəticəsində yüzlərlə dinc sakin həlak olub


2025-ci ildə ABŞ-nin Yəmən ərazisinə endirdiyi zərbələr nəticəsində yüzlərlə dinc sakin ölüb və ya yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qeyd olunub ki, yalnız aprelin 17-si və 28-də həyata keçirilən hava hücumları nəticəsində təxminən 150 mülki şəxs həyatını itirib, daha 200-ə yaxın insan yaralanıb.

Telekanalın məlumatına görə, aprelin 6-da da zərbələrdən biri yaşayış evinə düşüb. Lakin həmin insident nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanmayıb.

Ümumilikdə, ABŞ hərbçiləri 53 gün ərzində Yəməndə yüzlərlə hava hücumu həyata keçirib və mindən çox hədəfi vurub.

Bununla yanaşı, insan haqları təşkilatlarının mülki əhali arasında itkilərin çox olması barədə məlumatlarına baxmayaraq, Pentaqon ABŞ-ın "Ənsar Allah" (husilər) hərəkatına qarşı əməliyyatının dinc sakinlərin ölümü ilə nəticələndiyini qəbul etmir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın göstərişi ilə 2025-ci il martın 15-dən etibarən Vaşinqton Yəməndə husilərin mövqelərinə qarşı genişmiqyaslı zərbələrə başlayıb. Mayın əvvəlində isə Oman vasitəçiliyi ilə tərəflər atəşkəs barədə razılığa gəliblər.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər