Mask "SpaceX"in orbitə ildə 10 milyon tona qədər yük çıxarmağı planlaşdırdığını açıqlayıb
"SpaceX" şirkəti gələcəkdə "Starship" kosmik sistemi vasitəsilə orbitə ildə 10 milyon tonadək yük çatdırmağı planlaşdırır.
"Far.Az" xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask rüblük hesabatın yekunlarına dair audiokonfrans zamanı bildirib.
Onun sözlərinə görə, hazırda "Falcon" daşıyıcı raketi orbitə ildə təqribən 2,5 min ton, digər bütün şirkətlər isə birlikdə təxminən 300 ton yük çatdırır. Mask qeyd edib ki, Yerdən orbitə çıxarılan bütün yüklərin 80-90 %-i "SpaceX"in payına düşür.
O əlavə edib ki, gələcəkdə "Starship" bu göstəricini əvvəlcə ildə 1 milyon tona, daha sonra isə 10 milyon tonadək artırmağa imkan verəcək.
İyulda "SpaceX" "Starship"in 13-cü sınaq uçuşunu keçirib. İlk dəfə olaraq gəmi yük bölməsindən "Starlink"in "V3" versiyalı 20 peykini uğurla çıxarıb, bundan sonra isə Hind okeanında suya eniş edib.
Şirkətin planlarına əsasən, "Starship" yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin çıxarılması, eləcə də Aya, Marsa və digər səma cisimlərinə missiyalar üçün istifadə olunacaq. Çoxistifadəli "Super Heavy" sürətləndiricisi və "Starship" gəmisinin şaquli eniş etməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
-
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
-
Konstantinos Vasiliadis: "Neftçi" rəhbərliyi ilə baxışlarımız tam üst-üstə düşür"
-
Sabaha 39° isti gözlənilir
-
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
-
Sərxoş halda ölümcül qəza törədən sürücüyə 5 il həbs cəzası verildi













