Bir ayda 330 axtarışda olan şəxs saxlanıldı, 105 kiloqram narkotik ələ keçirildi
Far.Az xəbər saytı

Bir ayda 330 axtarışda olan şəxs saxlanıldı, 105 kiloqram narkotik ələ keçirildi


İyul ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb.

Bu barədə Far.Az-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, onların 7-si Azərbaycan, 8-i Əfqanıstan, 4-ü Pakistan, 3-ü İran, 1-i Türkiyə, 1-i Livan (qaçqın statusuna malik olan şəxs), 1-i Rusiya Federasiyası və 1-i Nigeriya vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 44 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 330 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 797 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 31 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 105 kiloqram 793 qram narkоtik vasitə, 64 litr narkotik məhlul və 3309 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq (1 halda pilotsuz uçuş aparatı vasitəsilə 330 qram narkotik vasitə və 790 ədəd psixotrop həb) dövriyyədən çıxarılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Bulvarda ölkənin ən böyük gözəllik festivalı yenidən keçirildi
Ötən ay PUA ilə dövlət sərhədindən keçirilən 47 kiloqram narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər