Şahin Diniyev: "Qarabağ" texniki hazırlıq və fərdi ustalıq baxımından "Dinamo"dan üstündür"
Far.Az xəbər saytı

Şahin Diniyev: "Qarabağ" texniki hazırlıq və fərdi ustalıq baxımından "Dinamo"dan üstündür"


"Qarabağ" texniki hazırlıq, fərdi ustalıq və topa sahibolma baxımından Ukraynanın "Dinamo" (Kiyev) komandasından üstündür.

Bunu "Far.Az"a açıqlamasında Ağdam klubunun sabiq baş məşqçisi Şahin Diniyev deyib.

O, komandanın çempionatın startından sonra tədricən formaya düşdüyünü bildirib:

"Heyətdə müəyyən dəyişikliklər var, amma əsasən ötənilki futbolçular yer alıb. "Qarabağ" həmişə mövsümün başlanğıcında pik formaya dərhal çata bilmir və oyun baxımından da müəyyən problemləri var. Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşmada komanda pis təsir bağışlamadı, sadəcə, penaltilər seriyasında bəxt amili həlledici oldu".

Ş.Diniyev rəqibin də əvvəlki gücündə olmadığını diqqətə çatdırıb:

"Etiraf edək ki, "Dinamo" artıq keçmişdəki əzəmətli komanda deyil. Onlar son oyunlarında həm Rumıniya təmsilçisinə, həm də Yunanıstanın PAOK klubuna uduzublar. Şansları bərabər qiymətləndirmək olar. Lakin "Qarabağ"ın texniki hazırlıq, fərdi ustalıq və topa nəzarət baxımından üstünlüyü aydın görünür. Kiyev təmsilçisi daha çox fiziki və atletik futbola üstünlük verəcək. Sürət baxımından "Qarabağ" rəqibindən geri qala bilər. Amma oyuna nəzarəti ələ alarsa, Ukrayna təmsilçisi topsuz heç nə edə bilməyəcək".

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" matçı bu gün, saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Görüşü danimarkalı FİFA referisi Morten Kroq idarə edəcək.

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər