İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 16 %-dən çox artıb
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısını 14,724 milyon manat mənfəətlə başa vurub.
"Far.Az" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.
Yanvar-iyun aylarında İKZF-nın faiz gəlirləri 63,059 milyon manat (1 il əvvələ nisbətən 15,9 % çox), faiz xərcləri 40,83 milyon manat (18,1 % çox), gözlənilən kredit zərəri 387 min manat (41,5 % az), haqq və komissiya gəlirləri 719 min manat (20,2 % çox), haqq və komissiya xərcləri 1,248 milyon manat (4,2 % çox), digər gəlirləri 925 min manat (7,6 % çox), insan resursları üzrə xərcləri 4,608 milyon manat (5,3 % çox), inzibati və digər xərcləri isə 2,905 milyon manat (20 % çox) təşkil edib.
Bu il iyulun 1-nə İKZF-nın aktivləri 4 milyard 149,958 milyon manat olub ki, bu da illik müqayisədə 13 % çoxdur. Bunun 2 milyard 615,661 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 8,4 % böyüyüb.
Hesabat dövründə Fondun öhdəlikləri 15,1 % artaraq 2 milyard 753,095 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 15,1 % artaraq 2 milyard 675,101 milyon manata, balans kapitalı isə 8,9 % artaraq 1 milyard 396,863 milyon manata, o cümlədən nizamnamə kapitalı 8 % artaraq 1 milyard 153,4 milyon manata çatıb.
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb













