"Azəristiliktəchizat" vətəndaşlara müraciət edib
Far.Az xəbər saytı

"Azəristiliktəchizat" vətəndaşlara müraciət edib


"Azəristiliktəchizat" ASC 2026–2027-ci il istilik mövsümünə hazırlıqla əlaqədar vətəndaşlara müraciət edib.

"Far.Az"un məlumatına görə, səhmdar cəmiyyəti bəyan edib ki, hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirilir.

Qurum bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik işlərini qısa müddətdə yekunlaşdırmağı, radiatorların, boru xətlərinin və istilik avadanlıqlarının tam hazır vəziyyətdə olmasını təmin etməyi xahiş edib.

Müraciətdə deyilir ki, vaxtında görüləcək hazırlıq işləri istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə, həmçinin mümkün qəza hallarının qarşısının alınmasına xidmət edəcək.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər