Azərbaycan cüdoçuları üçün dünya çempionatı öncəsi seminar təşkil olunub
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvləri üçün seminar keçirilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, dünya çempionatı ərəfəsində baş tutan seminara ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib.
Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər. Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub.
Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib. Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
XRİTDX kiberpoliqonda praktiki məşğələ keçirib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













